Logo

Ekspertdən təhsil nazirinin məktəblərdə pul yığımı barədə səsləndirdiyi fikirlərə REAKSİYA

21.12.2021 16:07 1759 baxış
IMG

"Əgər mən oxuyan dövrdə məktəblərdə pul yığılırdısa, indi mən nəzarət edən dövrdə bu hal olmamalıdır" deməli idi təhsil naziri".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib.

Belə ki, Elçin Əfəndi təhsil naziri Emin Əmrullayevin bu gün keçirdiyi brifinqdə məktəblərdə pul yığımı barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Ekspert qeyd edib ki, könüllü yığım məsələsində əsaslandırılımış yığım olmalı və hesabatı təqdim edilməlidir:

"Nə üçün yığıldı, hara xərcləndi və nə qədər qaldı? Amma reallıq budur ki, könüllü yığım daha böyük məbləğlərin yığımı ilə nəticələnəcək. Məktəb direktoru pul yığdıracaq və valideynləri də öyrədəcək ki, könüllü yığılmasını bildirin. Qısası, təəssüf edirəm".

Fəqan Əzimli

Xəbər lenti